Dağların qoynunda yerləşən Lahıc hər küçəsində bir tarix, hər daşında bir xatirə yaşadan nadir məkanlarımızdandır. Burada zaman sanki bir qədər yavaş axır. Daş döşənmiş dar küçələr, qədim evlər, misgərlik sənəti və əsrlərin izini qoruyan memarlıq insana keçmişlə bu günün qovuşduğu xüsusi bir ab-hava yaşadır.
Lahıc sadəcə gəzməli yer deyil, həm də Azərbaycanın zəngin mədəni irsini hiss edə biləcəyiniz canlı tarixdir.
Bəzən bir neçə foto ilə bütöv bir səfərin ruhunu danışmaq mümkündür. Lahıc da elə məkanlardandır.
Milli.Az İsmayıllı rayonunun Lahıc qəsəbəsindən fotoları təqdim edir:
Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov