Lənkəranın 5 kəndinə dolu düşdü - (Foto)

10 Oktyabr 2026 10:51

Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur.

Milli.Az xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb.

Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.

Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir. Dəymiş mümkün ziyanla bağlı əlavə məlumat verilməyib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)