Bu gün Misli Premyer Liqasında VII tura iki qarşılaşma ilə davam ediləcək.
"Zirə" saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda "Şamaxı"nı qəbul edəcək.
Turun digər matçı isə saat 19:30-da "SOCAR Polymer Arena"da keçiriləcək. "Sumqayıt" doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq.
Qeyd edək ki, VII turun dünən keçirilən oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib. "Neftçi" və "Sabah" arasındakı görüşdə isə qalib müəyyənləşməyib - 0:0.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)