Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin həyətində avtomobillərdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində "Mercedes", "Lada" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri, həmçinin "Renault" markalı minik avtomobili qismən yanıb. Yüksək temperaturun təsirindən "Baic" markalı minik avtomobilinin arxa işığı qismən əriyib.
_______________
Dünən axşam saatlarında Abşeron rayonu Masazır qəsəbəsində 4 avtomobil yanıb.
Milli.Az xəbər verir ki, hadisə "Yeni Bakı" yaşayış kompleksinin həyətində baş verib.
Həyətdə park edilən avtomobillərdən birinin alovlanması nəticəsində digər maşınlara da yanğın keçib. Nəticədə, 3 avtomobil tamamilə yanıb, biri isə qismən yanaraq yararsız hala düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Araşdırma aparılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)