Rusiyada güclü zəlzələ oldu

10 Oktyabr 2026 09:06

Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə vilayətin qubernatoru İlya Seredyuk "Max" platformasında məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanlar oktyabrın 10-da Prokopyevsk bələdiyyə dairəsində, Krasnobrodski qəsəbəsi yaxınlığında baş verib.

İlya Seredyuk bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)