Ağcabədidə balıq tutmağa gedən Laçın sakini gölməçədə boğularaq həyatını itirib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən Axmaz gölməçəsində baş verib.
Belə ki, Laçın rayonunun Fingə kənd sakini, hazırda Fingə obasında yaşayan 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.
Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)