Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib.
Milli.Az xəbər verir ki, plastiklərin istehsalında istifadə olunan BPA və ftalat kimi maddələr zamanla qidaya keçə bilər. Xüsusilə asitli, yağlı və isti qidaların bu qablarda saxlanılması və ya qızdırılması kimyasal sızmanı daha da artırır.
Üzərində bıçaq, çatal izləri olan, matlaşmış və ya rəngi dəyişmiş qablar həm bakteriyaların çoxalması üçün şərait yaradır, həm də mikroplastiklərin qidaya qarışmasına yol açır.
Plastiklərin altındakı kodlara diqqət edin:
Riskli qruplar (Uzaq durun): Altında 3 (PVC), 6 (Polistiren - PS) və 7 (Digər - OTHER) nömrələri olan məhsullar qida ilə təmas etməməli və evdən uzaqlaşdırılmalıdır.
Nisbətən təhlükəsiz qruplar: 1 (PET), 2 (HDPE), 4 (LDPE) və xüsusilə 5 (Polipropilen - PP) kodlu məhsullar qida üçün daha uyğundur, lakin onlar da istiliyə və köhnəlməyə qarşı qorunmalıdır.
Köhnəlmiş plastik qabların istifadəsinə son verilməli, uzunmüddətli sağlamlıq üçün şüşə, paslanmaz polad, keramika və qida dərəcəli silikon qablara üstünlük verilməlidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)