Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan və ilk baxışda çox sadə görünən "100 - 50 ÷ 5 × 2" əməliyyatı demək olar ki, hər iki nəfərdən birinin səhv cavab verməsinə yol açır.
Milli.Az əməliyyat ardıcıllığı və doğru həll yolunu təqdim edir:
Riyaziyyat qaydalarına görə, toplama və ya çıxmadan əvvəl bölmə və vurma əməliyyatları yerinə yetirilməlidir. Vurma və bölmə yanaşı gəldikdə isə üstünlükləri bərabər olduğundan, sıra soldan sağa izlənilir.
1-ci addım (Bölmə): Ən soldakı öncelikli əməliyyat yerinə yetirilir:
50÷5=10
2-ci addım (Vurma): Alınan nəticə sağdakı ədədə vurulur:
10×2=20
3-cü addım (Çıxma): Ən sondakı çıxma əməliyyatı icra olunur:
100−20=80
Doğru cavab: 80
Əgər soldan sağa çıxmadan başlasaydınız, səhvən 20 nəticəsini alardınız. İnternet istifadəçilərinin yarısının bu tuzağa düşməsinin səbəbi məhz sadə əməliyyat ardıcıllığı qaydalarını unutmalarıdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)