Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir.
Milli.Az xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı ölü dərini təmizləyir, çatları və sərtləşmələri aradan qaldırır, eləcə də qabıqlardan xilas olmağa kömək edir.
Üzərinə bir az duz səpilmiş limonu ayaq tabanına sürtmək qan dövranını stimullaşdırır, günün yorğunluğunu aradan qaldırır və rahat yuxuya getməyə kömək edir.
Necə tətbiq olunur?
Təzə limonu yarıya bölərək üzərinə bir az duz səpin. Dairəvi hərəkətlərlə ayaq tabanına masaj edərək çəkin, ardınca corab geyinərək səhər ilıq su ilə yuyun.
Ayaq altınızda açıq yara, dərin kəsik və ya ekzema kimi dəri xəstəlikləri varsa, limonun asidik quruluşu acı verə biləcəyi üçün bu üsuldan istifadə etmək məsləhət görülmür.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)