Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı

9 Oktyabr 2026 22:32

Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb.

Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyalı vinger Lamin Yamal qərarlaşıblar.

Ən bahalı futbolçuların reytinq cədvəlinin ilk onluğuna düşənlər bunlardır:

1. Erlinq Holand ("Mançester Siti") - 220 milyon avro;

2. Lamin Yamal ("Barselona") - 220 milyon avro;

3. Kilian Mbappe ("Real Madrid") - 200 milyon avro;

4. Maykl Olise ("Bavariya") - 180 milyon avro;

5. Cud Bellinqem ("Real Madrid") - 160 milyon avro;

6. Pedri ("Barselona") - 150 milyon avro;

7. Juan Neveş (PSJ) - 140 milyon avro;

8. Xviça Kvaratsxeliya (PSJ) - 140 milyon avro;

9. Vitinya (PSJ) - 140 milyon avro;

10. Vinisius Junior ("Real Madrid") - 130 milyon avro.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)