61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı

9 Oktyabr 2026 22:05

ABŞ-dən olan yaşlı bir qadın plank hərəkətində ən uzun müddət qalma üzrə rekord müəyyən edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  61 yaşlı Donna Cin Uayld Yutada keçirilən "Huntsman Senior Games" yarışlarında beş saat ərzində plank vəziyyətində qalaraq yeni dünya rekordu qoyub.

Uayld rekord cəhdini 50 yaşdan yuxarı insanların idman nailiyyətlərini qeyd edən bu yarışların açılış mərasimi zamanı həyata keçirib. Bununla o, 2024-cü ildə müəyyən etdiyi 4 saat 30 dəqiqə 11 saniyəlik şəxsi "Ginnesin Dünya Rekordu"nu yeniləyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)