Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

9 Oktyabr 2026 20:06

Gəncədə yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü T. Cəfərov, 1995-ci il təvəllüdlü G. Mahmudova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)