Masazırda avtomobil yanıb - Yenilənib (Foto)

9 Oktyabr 2026 20:07

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində "Mercedes Vito" markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)