Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Ələkbər Rzaquliyev: qrafik irsə baxış" adlı mühazirə keçirilib.
AMİM-in Mədəniyyət və Təhsil şöbəsinin əməkdaşı, sənətşünas Günel Zaurun təqdimatında baş tutan mühazirədə Azərbaycan qrafika sənətinin tanınmış nümayəndələrindən biri olan Ələkbər Rzaquliyevin yaradıcılıq yolu, əsərlərinin mövzu dairəsi və bədii ifadə xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.
Mühazirə zamanı sənətkarın yaradıcılığı müxtəlif əsərlər əsasında təhlil olunub, onun Azərbaycan qrafika sənətindəki yeri və bədii irsinin xüsusiyyətləri diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Mühazirə iştirakçılara Ələkbər Rzaquliyevin zəngin həyatı və yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı yaradıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az