Ceyranbatanda yaşayış binasında baş vermiş yanğın söndürülüb.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda qeyd edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)