Goranboyda 51 yaşlı qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini S.Ə. döş qəfəsinin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan S.Ə. Goranboy Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Onun hansı səbəbdən xəsarət aldığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)