Beyləqanda 16 nəfər qidadan zəhərləndi

9 Oktyabr 2026 14:42

Beyləqan rayonunda 16 nəfər qidadan zəhərlənib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Zəhərlənən şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)