Özcan Denizin xanımına ağır itki

9 Oktyabr 2026 16:45

Türkiyəli müğənni və aktyor Özcan Denizin həyat yoldaşı Samar Dadgar ağır itki ilə üzləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,, Samarın 3 yaşlı bacısı oğlu Liam vəfat edib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edərək kədərini ifadə edib.

"Bu gün səhərə yaxın 3 yaşlı bacım oğlunu itirdik. Zəng edən, halımı soruşan, dərdimizi bölüşən hər kəsə təşəkkür edirəm. Ancaq hazırda heç kimlə danışa biləcək vəziyyətdə deyiləm. Anlayışınız üçün təşəkkür edirəm" deyə, Samar bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)