Azərbaycan dondurma istehsalı artıb

9 Oktyabr 2026 11:55

Azərbaycanda ötən il 10 min 365,9 ton dondurma istehsal edilib.

Milli.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 4 min 182,2 ton və ya 67,6 %, 2020-ci ilin göstərici ilə müqayisədə isə 8 min 122,7 ton və ya 4,6 dəfə çoxdur.

Hesabat dövründə ölkədə istehsal edilən dondurmanın 4 min 300,6 tonu (1 il əvvələ nisbətən 3 % çox) Bakının, 226 tonu (8,1 % çox) Sumqayıtın, 5 min 441 tonu (3 dəfə çox) Abşeron rayonun, 393,4 tonu (ən azı son 5 ildə istehsal olmayıb) Lerik rayonun, 4,9 tonu (% az) isə digər rayonların payına düşüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)