Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

9 Oktyabr 2026 11:05

Suraxanı rayonunun Günəşli qəsəbəsində İlqar Musayev küçəsinin Etibar Bəkirli küçəsi ilə kəsişməsindən Surxay Noçuyev küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a bildirilib ki, təmir işləri başa çatanadək qeyd olunan yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)