Mourinyo 2 futbolçunu "Real"dan göndərir

9 Oktyabr 2026 11:14

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo qarşıdan gələn transfer pəncərəsində klubdan ayrıla biləcək qapıçı Andrey Lunin və müdafiəçi Raul Asensioya etibar etmir.

Milli.Az report-a istinadən xəbər verir ki, portuqaliyalı menecer komandadakı ilk aylardan sonra hər iki oyunçunun gələcəyi ilə bağlı qərar verib.

Lunin və Asensio bu mövsüm bir dəqiqə də olsa, meydançaya çıxmayıblar.

Nəşrin məlumatına görə, Mourinyo ukraynalı qapıçını nə Tibo Kurtuanın gələcək əvəzedicisi, nə də uyğun ikinci seçim qapıçısı kimi görür.

Asensio da öz növbəsində məşqçinin planlarında yoxdur. Əməliyyatdan sonra müdafiəçini açıq şəkildə dəstəkləməsinə baxmayaraq, Mourinyo ona etibar etmək niyyətində deyil.

"Real Madrid"in məşqçisi qış transfer pəncərəsində heyətini gücləndirməyə ümid etdiyi bildirilir, lakin klub yeni transferlər etmək üçün bir neçə oyunçu ilə yollarını ayırmalı olacaq. Bu arada, Lunin və Asensionun mövcud müqavilələri və yüksək maaşları onların gedişini çətinləşdirə bilər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)