"Neftçi" "Sabah"a qarşı

9 Oktyabr 2026 12:09

Bu gün Misli Premyer Liqasında VII turun oyunlarına start verilir.

Milli.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək.

Şamaxıda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Günün digər matçında isə "Neftçi" "Sabah"la qarşıılaşacaq. "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.

Misli Premyer Liqası

VII tur

8 oktyabr

16:00. "Araz-Naxçıvan" - "Kəpəz";

19:30. "Neftçi" - "Sabah".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)