David Silva 40 yaşında futbola qayıtdı

9 Oktyabr 2026 13:38

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib.

İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmək qərarına gəlib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, yarımmüdafiəçi 37 yaşında karyerasını başa vurub və son klubu "Real Sosyedad" olub.

Silva indi Honkonqun "Saprim Şatin" komandasında oynayacaq.

İspaniyalı oyunçunun oktyabrın ortalarında yeni klubuna gələcəyi və bundan sonra tədricən məşqlərə inteqrasiya olunacağı gözlənilir.

Qeyd etmək lazımdır ki, Silvanın qısamüddətli müqaviləsi var. "Şatin" gələcəyi ilə bağlı qərar verməzdən əvvəl ona bir oyun oynamaq imkanı təklif edəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)