“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar

9 Oktyabr 2026 11:01

Türkiyənin reytinqli seriallarından olan "Kızılcık Şerbeti"ndə ssenari heyəti ilə bağlı mühüm qərar verilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihənin ilk bölümündən etibarən ssenari üzərində çalışan Melis Civelek və Zeynep Gür serialdan ayrılıblar. Onların fəaliyyəti 143-cü bölümlə yekunlaşıb.

Bildirilib ki, ssenarinin gələcək istiqaməti ilə bağlı istehsal şirkəti ilə yaranan fikir ayrılıqlarından sonra tərəflər yollarını qarşılıqlı razılıq əsasında ayırmaq qərarına gəliblər.

Serialın beşinci mövsümündə baş verən bu dəyişiklik tamaşaçıların diqqətini çəkib. Layihənin hekayəsinin formalaşmasında ilk gündən iştirak edən Melis Civelek və Zeynep Gürün gedişindən sonra süjetin hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur.

Hələlik yeni ssenaristlərin kimliyi açıqlanmayıb. Dəyişikliyin serialın növbəti bölümlərinə necə təsir göstərəcəyi isə bəlli deyil.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)