Paşinyan Zeynəbin mahnısı ilə video paylaşdı

9 Oktyabr 2026 09:50

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə növbəti paylaşımı ilə marağa səbəb olub.

Milli.Az xəbər verir ki, o, izləyicilərini Azərbaycan mahnısının sədaları altında salamlayıb.

Nikol velosipedlə fəvvarələrin qarşısından keçərkən özünü videoya çəkib. Arxa fonda isə müğənni Zeynəb Həsəninin ifa etdiyi məşhur "Aram-aram" mahnısının səslənib.

Videonun sonunda v Ermənistanın baş naziri hər iki əli ilə ürək işarəsi göstərib. Paşinyan paylaşımına erməni dilində "Sabahınız xeyir! Sizə gözəl gün arzulayıram və hamınızı sevirəm" sözlərini qeyd edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)