Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də - öz ad günündə Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə görüşüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti MAX messencerində məlumat yayıb.
Bildirilir ki, Rusiya lideri səhər saatlarında kütləvi informasiya vasitələrindən Almaniyanın keçmiş kanslerinin Moskvada olduğunu öyrənib. Şröder Rusiya paytaxtına "Qlobus" şirkətinin işləri ilə bağlı gedib.
Çoxillik dostunun səfərindən xəbər tutan Putin onu evinə dəvət edib. Nəticədə Almaniyanın sabiq kansleri axşamı 74 yaşını qeyd edən Rusiya prezidenti ilə birgə keçirib.
Görüşün digər təfərrüatı barədə Kreml məlumat verməyib. Həmçinin siyasətçilərin hər hansı işgüzar məsələləri müzakirə edib-etmədiyi də dəqiqləşdirilmir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)