Zaurun oğlu ilə maraq yaradan Videosu

9 Oktyabr 2026 11:29

Aparıcı Zaur Baxşəliyevin oğlu Davudla birgə görüntüləri sosial şəbəkədə maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, paylaşılan videoda aparıcının oğlu ilə birlikdə dərs hazırladığı anlar yer alıb. Ata-balanın dərs zamanı yaşadığı gülüş dolu və səmimi anlar izləyicilərin diqqətini çəkib.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)