Xuraman Əlizadə: “Qohumlarım görür, donuz, "kaşalot", balina niyə yazırsınız?" - (Video)

9 Oktyabr 2026 12:19

Aktrisa Xuraman Əlizadə sosial şəbəkədə canlı yayım zamanı ona ünvanlanan bəzi şərhlərdən narazılığını bildirib.

Milli.Az xəbər verir ki, sənətçi görünüşü ilə bağlı xoşagəlməz ifadələr yazan şəxslərə iradını çatdırıb. Onun sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub.

Xuraman Əlizadə canlı yayım zamanı belə deyib:

"Canlı yayım açıb tortunuzu satırıq. O nə sözlərdir yazırsınız? Donuz, kaşalot, balina... Bura qohumlarım, tanışlarım girir".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)