Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:
"Bəzən sevmək hər zaman yanında olmaq demək deyil. Sevmək həm də vaz keçməkdir. Görmüşəm ki, varlığım sevdiyim şəxsə zərər verir, ondan uzaqlaşmışam. Uzaqlaşmalıyıq ki, o, yaxşını pisdən ayıra bilsin".
Ayan Babakişiyeva qarşı tərəfin ondan asanlıqla əl çəkmədiyini də vurğulayıb:
"Qarşı tərəf heç vaxt məndən asanlıqla əl çəkə bilməyib. Bu, mən tərəfdən olan bir şeydir. İnsan sevməsə, təbii ki, qopub gedər. O insan görəcək ki, sevdiyim üçün ondan uzaqlaşmışam. Daha sonra daha da möhkəm birləşmə olur".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)