Nigeriyalı ata, azərbaycanlı ana, özü isə bakılı balası - (Video)

9 Oktyabr 2026 13:53

Nigeriyalı ata və azərbaycanlı ananın övladı olan Angella Nvolisa Bakıda doğulub və hazırda paytaxtda yaşayır.

Milli.Az xəbər verir ki, gənc qız özünü həm azərbaycanlı, həm də nigeriyalı hesab etdiyini bildirib. İki fərqli mədəniyyətin daşıyıcısı olması onun haqqında maraq doğurub.

Angellanın gələcəklə bağlı böyük arzusu da var. O, təhsilini davam etdirərək Kanadada hüquqşünas olmaq istəyir. Bakıda doğulub böyüyən Angella Azərbaycanı öz vətəni hesab etməklə yanaşı, atasının ölkəsi olan Nigeriya ilə də bağlılığını qoruyur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)