Yük maşını ilə daşınan sumaq yerə boşaldılır... Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub... Sumağın antisanitar şəraitdə daşındığı iddia olunur.
Bəs yayılan görüntülər nə dərəcədə real ola bilər?
Bazarlarda sumaq satışı ilə məşğul olanlar görüntülərdən təəccübləndiklərini deyirlər.
Qeyd edək ki, sumaq əsasən yaba halda bitir və dağlıq ərazilərdə yetişir. Sentyabr ayının sonu, oktyabrın əvvəli yığılır. Təmiz məhsulu əldə etmək olduqca çətindir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar deyirlər ki, bəzən sumaq adı altında alıcılara saxta məhsul təqdim olunur. Əksər hallarda alıcılar əsl məhsulu saxta məhsuldan ayırd etməkdə çətinlik çəkirlər:
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən ünvanladığımız sorğuya cavab bildirilib.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)