Türkan Vəlizadənin yeni görünüşü - (Video)

9 Oktyabr 2026 13:23

Müğənni Türkan Vəlizadə uzun fasilədən sonra yeni imici ilə kamera qarşısına keçib.

Milli.Az xəbər verir ki, ifaçı illər əvvəl istifadə etdiyi saç rənginə geri döndüyünü bildirib. Onun yeni görünüşü izləyicilər tərəfindən bəyənilib və sosial şəbəkədə maraqla qarşılanıb.

Paylaşılan videoda Türkan Vəlizadənin həmkarı Zeynəb Həsəni də yer alıb. Görüntülərdə sənətçilərin səmimi anları diqqət çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)