Rubio ilə razıyıq, heç bir perspektiv yoxdur - Peskov

9 Oktyabr 2026 00:35

Moskva ABŞ dövlət katibi Marko Rubio ilə razıdır, hazırda Ukraynada diplomatik həll üçün heç bir perspektiv yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Bəli, biz onunla razıyıq", - deyə Peskov Rubionun Ukraynada diplomatik həll üçün hazırda heç bir perspektiv olmadığı barədə açıqlamasını şərh edərkən bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)