"SOCAR Petroleum" QSC-də yeni təyinat baş tutub.
Milli.Az xəbər verir ki, Yurd.media-nın əldə etdiyi məlumata görə, Fidan Mansurova İnnovasiya məsələləri üzrə koordinator təyin edilib.
O, 2023-cü ildən bu təyinatadək "Kapital Bank" ASC-nin Korporativ Katiblik şöbəsində çalışıb.
2015-2018-ci illərdə isə Dövlət Neft Fondunda İcraçı Direktorun Ofisində fəaliyyət göstərib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)