"Mançester Siti"yə ağır cəza gözlənilir

8 Oktyabr 2026 23:18

"Mançester Siti" klubu şok cəza ilə qarşılaşa bilər.

Milli.Az xəbər verir ki, "talkSPORT" radiosunun aparıcısı Alan Brazil Mançesterdəkı mənbələrinə istinadən bildirib ki, maliyyə qaydalarının pozulması ilə bağlı araşdırmalar və çıxarılan qərarlar fonunda "Mançester Siti" 60 xallıq cəza ilə üz-üzə qala bilər.

Alan Brazil efirdə iki fərqli mənbədən 60 xallıq bir cəzanın müzakirə olunduğunu eşitdiyini və bunun böyük ehtimalla növbəti mövsümə tətbiq oluna biləcəyini qeyd edib.

Futbol ictimaiyyətində və digər ekspertlər arasında bu iddia müzakirələrə səbəb olub. Bəzi dairələr bu cəzanın yetərli olmayacağını, klubun birbaşa daha sərt sanksiyalarla və ya liqadan kənarlaşdırılma ilə qarşılaşmalı olduğunu müdafiə edirlər.

"Mançester Siti" rəhbərliyi ittihamlarla bağlı apellyasiya şikayəti verib və günahsız olduğunu müdafiə etməyə davam edir. Hələlik rəsmi qurumlar tərəfindən tətbiq olunmuş 60 xallıq cəza ilə bağlı rəsmi qərar açıqlanmayıb. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)