Şamaxıda meşə ərazisində yanğın baş verib - (Video)

8 Oktyabr 2026 21:36

Bu gün günorta saatlarında Şamaxı rayonunda yanğın hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Şamaxı meşəbəyliyinin 6-cı dolayında, Ağsu dolayı ərazisində, bələdiyyənin örüş sahəsində Dövlət Meşə Fondunun sərhədində yanğın baş verib.

Yanğın meşə təsərrüfatı işçilərinin operativ və aktiv müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində yanğının meşə fonduna keçməsinin qarşısı alınıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)