"Pul qazanmağı hər kəs bacara bilər. Kim deyir acından ölürəm, öz günahıdır. Valideynlərim dünyasını dəyişib. Vaxtında atam mənə sənət verib, Allah ona rəhmət etsin. Mən də övladıma sənət öyrətməyi düşünürəm".
Milli.Az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Sevilən səhər" proqramında deyib. O, bildirib ki, bütün valideynlər övladlarına sənət öyrətməlidir:
"Bütün valideynlər övladına bu cür yanaşsın. Çilingər olsun. Deyirlər, iş yoxdur. Belə şey yoxdur. Bacarığı, savadı olana hər yerdə iş var. Heç kim acından ölə bilməz".
Aparıcı İsa Şükürov isə Hüseynin fikirləri ilə razılaşmayıb:
"Hamı övladına təhsil verməyə çalışır. Elə öz sahəmdən götürüm: çox savadlı jurnalistlər var, iş tapmır. Razı deyiləm". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)