Selin Dion səhnədə yıxıldı - (Video)

8 Oktyabr 2026 19:14

Məşhur kanadalı müğənni Selin Dion Parisdəki çıxışı zamanı səhnədə yıxılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Məlumata görə, 2022-ci ildə oynaqların sərtləşməsi sindromu diaqnozu qoyulan 58 yaşlı Selin Dion bir ayağının üstündə tullanmaqla rəqs hərəkəti etməyə çalışıb, lakin sürüşüb və yıxılıb.

Buna baxmayaraq, müğənni tez zamanda ayağa qalxıb və tamaşaçılara özünü yaxşı hiss etdiyini işarələrlə göstərərək mahnı oxumağa davam edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)