Məclislərdən birində duyğusal anlar yaşanıb.
Milli.Az xəbər verir ki, müğənni Elvin Elcanın oğlu mərhum Xalq artisti Aygün Bəylərin repertuarından mahnı ifa edib. Övladının çıxışını izləyən ata duyğulanaraq göz yaşlarına hakim ola bilməyib.
Gecənin diqqət çəkən məqamlarından biri uşağın səsinin Aygün Bəylərin səsinə bənzəməsi olub. Elvin Elcanın oğluna kövrək baxışları və ifa zamanı yaşanan emosional anlar məclisdə lentə alınıb.
Həmin görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra izləyicilərin də marağına səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)