Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub

8 Oktyabr 2026 16:02

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan olunub.

Bu barədə Nobel Komitəsinin saytında məlumat yayılıb.

Klassik ənənə ilə oyunvari dialoqa girərək müasir ədəbiyyatın yeni formalarını yaratmış cəsarətli və novator yaradıcılığına görə 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatına Enn Karson layiq görülüb.

Digər namizədlərin adları açıqlanmır.

Qeyd edək ki, namizədliklər və seçim prosesi ilə bağlı məlumatlar yalnız mükafatın təqdim edilməsindən 50 il sonra dərc olunur.

Xatırladaq ki, 2026-cı ildə Nobel mükafatının təsis edilməsinin 125 ili tamam olur. 1901-2025-ci illər ərzində mükafatlar 633 dəfə 1026 nəfər və təşkilata təqdim edilib. Yubiley ili ilə əlaqədar Nobel Fondu mükafat fondunun məbləğini 1 milyon kron artıraraq 12 milyon krona (təxminən 1,2 milyon dollar) çatdırıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)