Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib.
Bu barədə DSK məlumat yayıb.
Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib.
O, 1983-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub.
2007-ci ildən dövlət qurumlarında, o cümlədən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, Maliyyə və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik edib.
2024-2026-cı illərdə Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini, daha sonra Dövlət Statistika Komitəsi sədrinin müşaviri və Aparat rəhbəri olub.
Dövlət qulluğunun baş müşaviridir. 2025-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)