Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu

8 Oktyabr 2026 13:49

Tele-aparıcı Rövşanə Ağasəfqızının yeni iş yeri bəlli olub.

Milli.Az xəbər verir ki, o, yenidən Space TV-də veriliş aparacaq.

Aparıcı bununla bağlı paylaşım edib:

"Yeni veriliş başlayır... Yanımda olan hər kəsə sevgilər, geridə qalanlara uğurlar. Dünəni bağrıma basıb, əl sıxıram. Yaşadığım hər an, hər saniyə üçün sonsuz təşəkkür. Yanlışlarımın əfvi, doğrularımın halalı ümidi ilə yola davam...".

Qeyd edək ki, Rövşanə Ağasəfqızının son iş yeri - Kanal S olub. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)