Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 40 minədək şəxsə əlillik təyin edilib.
Bu barədə Milli.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)