Prezident İlham Əliyevin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

8 Oktyabr 2026 11:59

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon "Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı"nı və "Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar"ı imzaladılar.

Xəbər yenilənəcək

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)