Nikolay Baskovun 71 yaşlı anası - Gənc görünüşü diqqət çəkdi - (Foto)

8 Oktyabr 2026 10:30

Rusiyalı müğənni Nikolay Baskov anası Yelena Baskovanın doğum günü münasibətilə sosial şəbəkədə yeni paylaşım edib.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçi 71 yaşını qeyd edən anası ilə birlikdə çəkdirdiyi fotolardan bir neçəsini izləyiciləri ilə bölüşüb və Yelena Baskovanı təbrik edib.

Paylaşımda ana və oğulun səmimi görüntüləri yer alıb. Lakin istifadəçilərin əsas diqqətini Yelena Baskovanın xarici görünüşü cəlb edib.

İzləyicilər 71 yaşlı Yelena Baskovanın gənc və baxımlı görünməsini vurğulayaraq fotolara çoxsaylı şərhlər yazıblar. Nikolay Baskovun anası ilə bağlı paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)