İstanbulda 6 mərtəbəli bina çökdü

8 Oktyabr 2026 09:32

İstanbulda altımərtəbəli bina qismən çöküb, insanlar dağıntılar altında qalıb.

Milli.Az "Haberturk"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Fövqəladə hal Maltəpə rayonunda baş verib. Məlumata görə, iki aşağı mərtəbə uçub və insanlar dağıntılar altında qalıb. Yuxarı mərtəbələrdəki mənzillərin sakinləri də ilişib qalıb. Təcili yardım xidmətləri hadisə yerinə gəlib və qalan mərtəbələrdən sakinləri təxliyə edib. Axtarış-xilasetmə əməliyyatları başlayıb.

Çökmənin səbəbi hələ də məlum deyil. Hadisə yerindən yayımlanan fotolarda binanın çökdüyü və alt mərtəbələrin tamamilə dağıldığı görünür.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)