Xaçmazda 7 kiloqram narkotik götürüldü

8 Oktyabr 2026 09:21

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb.

Milli.Az xəbər verir ki, əməliyyatlar zamanı M.Oruclu və N.Cavadovdan ümumilikdə 7 kiloqram narkotik vasitə və narkotik tərkibli həblər aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)