"Gəncə" ilk oyununda Türkiyə klubuna uduzdu

8 Oktyabr 2026 09:18

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxıb.

Milli.Az xəbər verir ki, Türkiyənin "Esenler Erokspor" komandasının qonağı olan Azərbaycan təmsilçisi rəqibinə uduzub - 63:92.

C qrupunun matçı İstanbul şəhərində keçirilib.

Qeyd edək ki, "Gəncə" qrup mərhələsində "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan) və "Kolossos"la (Yunanıstan) da üz-üzə gələcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)