Türkiyə istehsalı olan "Mercan Köşk" serialı ilə bağlı gözlənilməz qərar qəbul edilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarını Hafsanur Sancaktutan və Kubilay Akanın canlandırdığı ekran işi 7-ci bölümü ilə tamaşaçılara vida edəcək.
Beləliklə, serialın yayımı 7-ci bölümlə yekunlaşacaq. "Mercan Köşk"ün final qərarı ekran işinin izləyiciləri arasında maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)