Aparıcı Zaur Baxşəliyevin qızı Dilavərin canlı yayım zamanı kövrəlməsi diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sosial şəbəkə canlı yayımında Zaura ünvanlanan "qocalmısan" sözləri qızının duyğulanmasına səbəb olub. Dilavər atasına deyilənlər qarşısında emosiyalarını gizlədə bilməyib.
Ata-balanın canlı yayımda yaşadığı səmimi və duyğusal anlar izləyicilərin də diqqətindən yayınmayıb. Görüntülər sosial şəbəkələrdə paylaşılaraq çoxsaylı bəyənmə toplayıb.
İzləyicilər Zaur Baxşəliyev və qızı Dilavərin bir-birinə olan sevgisini vurğulayaraq onların səmimi münasibətini alqışlayıblar. Görüntülər sosial mediada maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)